!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfir: İlham Əliyevin rəhbərlik etdiyi dövrdə respublikamız lider dövlətə çevrilib

!Reklam – Yazi

Azərbaycan Respublikasının BƏƏ-dəki Fövqaladə və Səlahiyyətli səfiri Daşqın Şikarov öz Feysbuk səhifəsində cənab Prezident İlham Əliyevi təbrik edib.

Səfir qeyd edib ki, Cənab Prezidentin olkəmizə rəhbərlik etdiyi dövrdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasət uğurla davam etdirilmiş, ölkəmiz surətlə inkişaf etmiş, xalqın rifahı daha da yüksəlmiş, Respublikamız regionda lider dövlətə çevrilmişdir.

Həmin dövrdə enerji strategiyası gerçəkləşdirilmiş, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri işə salınmış, Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi ilə bağlı 2050-ci ilə qədər yeni kontrakt imzalanmışdır. Cari ilin 29 may tarixində Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi təşkil edilmişdir.

Azərbaycan qazının Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir ki, onlardan üçü – “Şahdəniz-2” qaz yatağının işlənilməsi, Cənubi Qafqaz Kəməri, TANAP yekunlaşmışdır. Qaz dəhlizin dördüncü layihəsi olan TAP isə yekunlaşmaq üzrədir.

Cənab Prezidentin təşəbbüsü ilə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üçün əhəmiyyətli işlər aparılmış, qeyri neft sektorunun inkişaf dinamikasının artırılması məqsədilə nəqliyyat, kənd təsərrüfatı, turizm, sənaye, azad ticarət zonaların yaradılması və digər sahələr təşviq edilmişdir.

www.yenicag.az

6286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv