Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə mövcud problemlərin həlli üçün Moskvada aydın siyasi iradə var.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin İrəvanda keçirilən 9-cu Ermənistan-Rusiya səhiyyə forumunda açıqlayıb.
“Konfrans çox məsuliyyətli bir zamanda keçirilir. Ölkələrimiz və münasibətlərimiz güc sınağının çətin mərhələsindən keçir. Və bu şəraitdə təkcə bizi birləşdirən şeyi qorumaq deyil, həm də əməkdaşlığı yeni səviyyəyə qaldırmaq və onu yeni reallıqlara uyğunlaşdırmaq bizim üçün çox vacibdir”, – deyə rusiyalı diplomat bildirib./unikal