!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfir Marneuli “Jurnalistika Kursu”nun iştirakçıları ilə görüşdü

!Reklam – Yazi

Tarixi qələbənin əldə olunmasında Gürcüstanda yaşayan soydaşlarımızın xüsusi payı var. 44 günlük Vətən müharibəsində Gürcüstanda yaşayan soydaşlarımız möhkəm birlik, böyük vətənpərvərlik və həmrəylik nümayiş etdiriblər. Azərbaycan dövləti də bunu görür və yüksək qiymətləndirir.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev “Aktual media”- Aktual.ge portalının bu ölkədə ilk dəfə pulsuz təşkil etdiyi “Jurnalistika kursu”nun iştirakçıları ilə görüşdə söyləyib.

Kursun təşkilatçısı, aktual.ge portalının rəhbəri İlkin Hüseynov diqqət və qayğıya, kursun fəaliyyətə başlamasına göstərilən maddi dəstəyə görə, Azərbaycan Diaspora ilə İş üzrə Dövlət Komitəsinə və Diaspora Dəstək Fonduna və səfirə minnətdarlıq edib. Bildirib ki, kursun əsas məqsədi Gürcüstanda jurnalistikaya meyli, marağı olan gənclərə dəstək vermək, onların bilik və bacarıqlarının artırılmasına yardım etməkdir.

Bildirilib ki, kursda AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizov, “Mtavari Arxi” televiziya kanalının redaktoru Ceyhun Məhəmmədəli gənclərə jurnalistikanın əsasları, janrları və digər prinsipləri barədə ətraflı məlumat verirlər. Gənclər praktiki məşğələlər keçir, müsahibələr götürür, süjetlər hazırlayır, bilik və bacarıqlarını artırırlar.

Səfir deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərib. Onların sosial problemlərinin həlli, xüsusən gənclərin təhsil almaları, mədəni irsimizin qorunması və təbliği istiqamətində çox mühüm işlər görülür. “Aktual Media” – Aktual.ge xəbər portalının Gürcüstanda ilk dəfə olaraq başlatdığı “Jurnalistika kursu” layihəsinə verilən dəstək də həmin qayğının bariz nümunəsidir.

Faiq Quliyev kursda təhsil alan gənclərə siyasi, iqtisadi, humanitar, beynəlxalq münasibətlər üzrə biliklərini artırmağı tövsiyə edib.

Səfir sonra gəncləri maraqlandıran suallara cavab verib, onları maraqlandıran məsələlərə aydınlıq gətirib.

Sonda gənc jurnalistlərin hazırladıqları xəbər və süjetlərə baxış olub, mütəxəssislərin rəy və təklifləri dinlənilib.

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv