Şimali Makedoniyanın İsraildəki Fövqəladə və səlahiyyətli səfiri Den Oryan yeni seçilmiş ölkə prezidenti Stiv Pendarovskini qəribə tərzdə ziyarət edib.
Yenicag.az xəbər verir ki, Den Oryan tək əlinin üzərində, ayaqları göydə prezidentlə görüşə gəlib.
Prezident Pendarovski isə şəkli öz “Facebook” səhifəsində paylaşaraq bu sözləri yazıb:
“İsraildəki səfirimizin bu şəkli həm bir ilham qaynağıdır, həm də idmanın nə qədər lazımlı və bəzən də gülməli olduğunun göstəricisidir”.