!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfir: Türk milləti terrorçuları əzib yox edəcək

!Reklam – Yazi

erkanozoralTerrorçular heç vaxt məqsədlərinə çatmayacaqlar.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıdakı Türkiyə səfirliyində Beşiktaş terror qurbanları üçün xatirə kitabının imzalanması mərasimində deyib.

O qeyd edib ki, Türkiyə xalqı İstanbulda baş verən terrora görə olduqca kədərlidir:

“Təəssüf ki, İstanbulda baş verən terror hadisəsində 44 vətəndaşımız qurban getdi. Millət olaraq hamımız çox kədərliyik. Lakin kədərli olduğumuz qədər də hirsliyik. Heç kəs terror aktları ilə nə Türkiyəni sarsıda bilər, nə də türk millətinin gözünü qorxuda bilər. Biz kədərli ola bilərik, amma terrorla sonuna qədər mübarizə aparmağa hər zaman qərarlıyıq”.

Diplomatın sözlərinə görə, türk milləti terrorla mübarizədə hər zaman dövlətin yanında olub və bundan sonra da olmağa davam edəcək: “Adları nə olur olsun, istər PKK, istər FETÖ, istərsə də İŞİD, fərq etməz. Bilsinlər ki, türk milləti onları əzib, yox edəcək”.”.

Yenicag.az

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv