Səfir XİN-ə çağırıldı: “London vəziyyəti gərginləşdirsə, Rusiya dərhal qarşılıq verəcək”

Böyük Britaniyanın Moskvadakı səfirliyinin ikinci katibinin Rusiyaya daxil olarkən yalan məlumatlar göstərməsi ilə bağlı ingilis səfir Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, məsələ ilə bağlı səfirə etiraz edilib.

Həmçinin bildirilib ki, Britaniya diplomatının Moskvadan çıxarılmasından sonra London vəziyyəti gərginləşdirsə, Rusiya dərhal qarşılıq verəcək.

Bununla yanaşı, Britaniya vətəndaşlarına viza tələblərinin sərtləşdiriləcəyi qeyd olunub.

COP29