!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfirimiz etimadnaməsini Qətər Əmirinin müavininə təqdim etdi

!Reklam – Yazi

12 aprel 2018-ci il tarixində səfir Rəşad İsmayılov etimadnaməsini Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Taniyə təqdim edib.

Şeyx Abdullah bin Həməd Al Tani ilə keçirilmiş görüş zamanı səfir R.İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını Əmirin müavininə çatdıraraq, ona tapşırılmış məsuliyyətli vəzifəyə uyğun olaraq Azərbaycan-Qətər Əməkdaşlığının yüksələn xətlə inkişafı üçün çalışacağını bildirib.

Səfir son illər ərzində dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin dərinləşməsinə mühüm töhfə verdiyini qeyd edərək, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlığın olduğunu bildirib.

Səfir Qətərin Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi. Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürüldüyünü qeyd edən səfir, 2018-ci ilin noyabr ayında keçiriləcək səsvermədə Qətərin dəstəyinə ümid etdiyimizi əlavə edib.

Şeyx Abdullah bin Həməd Al Tani ilk öncə Azərbaycan Respublikasının Prezidentinə salamlarını çatdırdı və Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbə münasibətilə təbrik edib. .

O, Azərbaycan-Qətər münasibətlərinin xüsusilə, son illər ərzində yüksələn xətt üzrə inkişafının əhəmiyyətindən danışaraq, mövcud əlaqələri daha yüksək səviyyəyə çatdırmaqda maraqlı olduqlarını bildirib. Şeyx Abdullah bin Həməd Al Tani Azərbaycana gedən qətərli turistlərin Azərbaycandan böyük təəssüratla qayıtdığını bildirərək, ölkəmiz haqqında xoş sözlər eşitməkdən məmnun olduqlarını və Azərbaycana daha çox qətərli turistin gedəcəyinə inandıqlarını ifadə edib.

Şeyx Abdullah bin Həməd Al Tani sonda bir daha səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

www.yenicag.az

1749
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv