Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Səfirimizin adı yeni qalmaqalda: “Polad Bülbüloğlu cılız hisslərlə yaşayan adamdır” - Millət vəkili

Reklam: High Technic

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu növbəti dəfə neqativ planda diqqət mərkəzinə düşüb.

Yenicag.az Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının saytına istinadən xəbər verir ki, bir neçə gün əvvəl dünyaşöhrətli müğənni Müslüm Maqomayevin Moskvada 1982-ci ildən vəfat etdiyi günə qədər yaşadığı binanın qarşısında xatirə lövhəsinin açılışı olub.

Məlumata görə, mərasimdə Rusiyadakı nüfuzlu həmyerlilərimiz: rəssam Tahir Salahov, Araz və Emin Ağalarov, rəssam Aleksandr Şilov, mərhum sənətçinin xanımı Tamara Sinyavskaya, o cümlədən çox sayda ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bununla belə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ənənəsinə sadiq qalaraq, ruhunu belə özünə düşmən elan etdiyi Maqomayevin adı ilə bağlı olan tədbirə qatılmayıb. Səfir bu davranışı ilə özünü növbəti dəfə hədəfə çevirib.

Polad Bülbüloğlunun bu xoşagəlməz davranışı ilə bağlı Yenicag.az-a danışan Milli Məclisin deputatı Araz Əlizadə Moskvadakı səfirimizin ünvanına, yığcam, ancaq çox sərt ifadə işlətməklə kifayətlənib:

“P. Bülbüloğlunun bu hərəkətinə normal bir ifadə ilə münasibət bildirmək çətindir. Qısa şəkildə deyim ki, Polad Bülbüloğlu cılız hisslərlə yaşayan, vaxtilə mədəniyyət naziri olsa da, mədəniyyətdən uzaq bir adamdır. Bundan artıq nəsə deməyə ehtiyac görmürəm”.

A.Zeynalov

www.yenicag.az

1534