!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfirimizin “Əl-Ərəb” qəzetində geniş müsahibəsi nəşr olundu

!Reklam – Yazi

Ramazan ayı münasibətilə Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Qətərin “Əl-Ərəb” qəzetində geniş müsahibəsi nəşr olunub.

Yenicag.az xəbər verir ki, müsahibədə Ramazan ayı ilə bağlı ölkəmizdəki mövcud adət-ənənələrdən ətraflı danışılıb. Azərbaycanın digər islam ölkələri, o cümlədən Qətərlə Ramazan ayı ilə bağlı oxşar mənəvi dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Ramazan ayında ölkəmizdə insanların xeyirxah işlərə can atması, imkansızlara yardımların göstərilməsi, iftar süfrələrinin təşkili, qohumların ziyarət edilməsi kimi bir çox mənəvi dəyərlərin daha çox ön plana çıxdığı bildirilib.

Müsahibədə ölkəmizdəki mövcud yüksək səviyyəli dini və mədəni dözümlülük məsələlərinə toxunularaq, Azərbaycanın dünyanın ən tolerant ölkələrindən biri olduğu qeyd olunub. Müsahibədə Ramazan ayının sülh, paylaşma, xeyirxahlıq və bərəkət ayı olduğu bildirilərək, bu ayın insanlarda həmrəylik və dözümlülük ruhu aşıladığı nəzərə çatdırılıb.

www.yenicag.az

1149
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv