Səfirlik Bakının mərkəzində LGBT bayrağı dalğalandırdı – VİDEO

Bu gün 17 May Beynəlxalq homofobiya və transfobiya ilə mübarizə günüdür.

Yenicag.az xəbər verir ki, bu münasibətlə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin önündə LGBT bayrağı asılıb.

Bunu əks etdirən görüntüləri diaspora məsələləri üzrə ekspert Toğrul Allahverdili sosial şəbəkə hesabında paylaşıb.

Səfirliyin bu addımı heç də birmənalı qarşılanmayıb.

Qeyd edək ki, son günlərdə Böyük Britaniya tərəfindən Azərbaycana qarşı xoşagəlməz fikirlər səsləndirilir. Avropa Liqasının finalının Bakıda keçirilməsindən narahat olan ingilislər paytaxtımıza gələcək azarkeşlərə əsassız xəbərdarlıq edərək, müxtəlif media orqanlarında qarayaxma kampaniyası aparırlar. Sözsüz ki, bu da səbəbsiz deyil. Çünki Böyük Britaniya Azərbaycana qarşı törədilən işğalçı siyasətə səssiz qalması ilə seçilir.

Xatırladaq ki, anoloji hadisə ötən ilin məhz bu günündə də baş vermişdi.