Şəhər başçısı: “Rusiya Axtırka şəhərinə qadağan edilmiş bomba atıb”

Rusiya hərbçiləri Ukraynanın Sum vilayətinin Axtırka şəhərinə Cenevrə konvensiyası ilə qadağan olunmuş vakkum bombası atıb.

Yenicag.az xəbər verir ki, bu barədə şəhər baçısı Pavel Kuzmenko feysbuk səhifəsində yazıb.

“Düşmən çox çirkin müharibə aparır. Axtırkaya yenə vakkum bombası atıb. Neft bazası partlayıb”, – deyə o qeyd edib.

P.Kuzmenko vurğulayıb ki, vakkum bombası Cenevrə konvensiyasına əsasən qadağan olunub.

COP29