Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 05:54-də payız fəsli daxil olacaq.
Yenicag.az xəbər verir ki, sentyabrın 23-ü gecə və gündüz bərabərliyi baş verəcək. Nəticədə bu tarixdən etibarən gecələr uzanacaq, gündüzlər isə qısalacaq.
Qeyd edək ki, bu il qış fəsli isə ölkəmizə dekabrın 22-i Bakı vaxtı ilə saat 02:22-də daxil olacaq