Səhər saatlarında DƏHŞƏTLİ XƏBƏR – İki uşaq anası faciəvi şəkildə öldü

Şəkidə 5 gün əvvəl evdə baş verən partlayışda ağır xəsarət alan qadın xəstəxanada ölüb.

Yenicag.az xəbər verir ki, partlayış zamanı müxtəlif dərəcəli ağır termiki yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü Şəlalə Nəsib qızı Yusifova bu gün müalicə aldığı Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, iyunun 17-də Şəki rayonu Aşağı Göynük kəndində fərdi yaşayış evlərinin birində qaz sızmasından güclü partlayış olub partlayış olub. Bu zaman Ş. Yusifova və onun iki azyaşlı ovladı – 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı müxtəlif dərəcəli termiki yanıq xəsarətləri almışdılar. Onlar həmin gün Bakıdakı Yanıq Mərkəzinə aparılarkən azyaşlılar yolda dünyasını dəyişmişdi.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

COP29