Şəhər sakinləri təşviş içində: Hər tərəfdə sirli işarələr var – FOTO

Avstraliyanın Adelayde şəhərində evlərin divarlarına, küçə qapılarına müxtəlif işarələr çəkilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, səhər oyandıqlarında hər tərəfdə belə işarələrdən görən sakinlər təşvişə düşüblər.

Sosial mediada böyük əks-səda doğruan işarələrin sirrilə bağlı müxtəlif versiyalar irəli sürülüb.

“NT” yazısının “təhdid yoxdur”, “S” yazısının “təhlükəsiz”, 4 paralel xəttin (IIII) isə evin neçə vaxtdır boş olduğunu simgələdiyi qeyd edilir.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, araşdırmaların başladıldığı deyilir.