Şəhərin ən böyük striptiz klubu ibadətxana oldu  

1980-ci illərdə Tel-Əviv şəhərinin ən məşhur diskoteka klubu olan, daha sonra striptiz klub kimi fəaliyyət göstərən “Colleseum” binası sinaqoqa çevrilib. 

Yenicag.az xəbər verir ki, bu barədə “Şalom” qəzeti yazıb. Qəzetin yazdığına görə, İsrailin dindar təşkilatlarından olan Beit Tefilah bundan sonra Atarim meydanında yerləşən “Colleseum”un Şabat (müqəddəs Şənbə günü) duaları üçün yəhudilərə xidmət edəcəyini açıqlayıb.  

Binada dualar ediləcək və ziyarətçilərə Şabat yeməkləri paylanacaq. 

COP29