Şəhərin hər nöqtəsində “fəaliyyət göstərən” DİLƏNÇİLƏR: “Göndərirsən yaşadıqları yerə, sonra da…” – ŞƏRH

Cəmiyyətin ən aktual problemlərindən biri də dilənçilərdir. Belə ki, şəhərin demək olar ki, hər yerində dilənçilər var. Artıq insanlar, doğurdan da, bundan narahat olmağa başlayır.

Bəs bununla bağlı hansı tədbirlər alınmalıdır?

Təhlükəsizlik məsələləri üzrə ekspert Şəmsəddin Əliyev bildirib ki, dilənçiliklə bağlı kifayət qədər tədbirlər görülür:

“Onları aparıb xəbərdarlıq edirlər. Amma bəzən elə olur ki, onları dilənçiliyə vadar edirlər. Müəyyən qrup və şəxslər var. Bu, artıq müəyyən mənada şəxsin istismarı ilə bağlı aparılan addımdır. İnsan istismarı ilə bağlı Cinayət Məcəlləsində də maddələr var. Amma bu, təkcə Azərbaycanda deyil, bir çox ölkədə var. Burada vəziyyət o qədər də dramatik deyil. Ölkədə ən çox qaraçılar dilənçilik edir. Onları aparıb məskunlaşdığı əraziyə göndərirsən, səhərsi gün yenə dilənçilik edir.

Maarifləndirmə tədbirləri o qədər də əhəmiyyət vermir. Cəzanın sərtləşdirilməsinə ehtiyac var. Amma bu nə dərəcə də öz səmərəsini verəcək, öncədən demək çətindir. Əgər bir məktəb şagirdi dilənçilik edirsə, onun məktəbi və valideynləri ilə danışmaq lazımdır. Həmin dilənçilərin yaşadığı yerlərdə profilaktik tədbirlər aparmaq lazımdır”.

Şahanə Paşa

COP29