Şəhərin mərkəzi küçələri bu gecə rənglənəcək

Artıq bir neçə gündür ki, “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

Anoloji işlər bu gecə Nəsimi rayonu, 28 May və Xəqani küçəsində aparılacaq. Rənglənmə işləri səhər saatlarınadək başa çatdırılacaq.

Yeniçağ.az