Şəhərin mərkəzində ağacı kəsib reklam lövhəsi yerləşdirirlər – İDDİA/FOTO

Paytaxtın Salatın Əsgərova küçəsində ağac kəsilib.
Yenicag.az xəbər verir ki,oxucu xoşagəlməz mənzərəylə bağlı fotoşəkilləri  Avtosfer.az-a göndərib. Onun iddiasına görə, yolun kənarında olan nəhəng ağac reklam məqsədilə istismara məruz qalıb. Belə ki, üzərində tanıtım lövhəsinin yerləşdiriləcəyi ehtimal olunan ağac bir neçə yerdən kəsilib. Xüsusi məqsəd səbəbiylə yaşıllığın məhv edilməsi istənilən halda qəbuledilməzdir.