Şəhərlərarası avtobuslarda da PZR testi tələb edilir – Türkiyədə

Türkiyədə şəhərlərarası (rayonlararası) avtobusla səyahət edənlərdən PZR testi tələb edilir.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Türkiyədə bu gündən etibarən şəhərlərarası (rayonlararası) avtobusdan istifadə edən şəxslərdən də PZR testi tələbi qüvvəyə minib.

Avtovağzallarda insanların COVID-19 keçmişi ilə bağlı məlumatlar və neqativ PZR testi yoxlanmağa başlanılıb.

PZR testi olmayan insanlar vağzal ərazisinə buraxılmayıb.