Səhhəti ağırlaşan əməkdar artist xəstəxanaya yerləşdirildi – SON DURUMU / FOTO

Koronavirusa yoluxan əməkdar artist, tanınmış aktrisa Nahidə Orucova xəstəxanaya yerləşdirilib.

Bunu Yenicag.az-a açıqlamasında aktrisa özü bildirib. O, vəziyyətinin yaxşılaşmağa doğru getdiyini deyib:

“Evdə müalicə alırdım, gördüm hərarətim düşmür, daha da pisləşirəm. Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirdilər. İndi səhhətimdə irəliləyiş var. Koronavirusdan qorxmuram, inşallah sağalacam”.

Cəvahir