Səhhəti ağırlaşan məşhur qəzəlxanın SON DURUMU – O kimdən KÖMƏK İSTƏDİ?

“Maddi köməyə ehtiyacım var. Dava-dərman almağa pul yoxdur. Dünən xəstəxayaya gedib gəlmişəm. Elə taksilərə 50-60 manat pul çıxıb. Çox istəyərdim ki, mənə köməklik göstərilsin. Hara, müraciət edəcəyimi də bilmirəm. Ama kömək istəyirəm”.

Bunu sağlıq durumu barədə danışarkən səhhətində ciddi problemlər yaşayan tanınmış qəzəlxan Mahir Cürət Yenicag.az-a açıqlamasında deyib.

Dünən A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə aparılan qəzəlxan analizləri verəndən sonra, bu gün evə qayıtdığını bildirib:

“Dünən xəstəxanaya aparıldım. Qan analizləri götürüldü, müayinələr olundu. Analizlərin cavablarından sonra dəqiq diaqnoz bəlli olacaq. Amma ayağıma düşən infeksiya nəticəsində ayağımın ətində çürümə gedir. Həkimlər ümidverici danışır. Deyir, ola bilsin ayağın tam sağaldı. Amma müayinələrin cavabından sonra dəqiq deyə biləcəklər”.

Cəvahir