!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Səhhəti getdikcə pisləşən aktyor: “Allahdan ümidimi üzmürəm”

!Reklam – Yazi

“Nə qədər yaşayacamsa, bu dərmanı qəbul etməliyəm”.

Bunu Yenicag.az-a açıqlamasında səhhəti getdikcə pisləşən aktyor Allahverdi Yolçuyev deyib.

Teatrların fəaliyyətinin bərpa olunacağına görə sevinən aktyor kədərini də gizlətməyib:

“Teatrların qapısı açılır, evdə qalan aktyorların ahu-zarı bitdi. Rejissor Nicat Kazımovun “Kölgə” tamaşası hazırlanır. O tamaşada bir obrazı əlim əsə-əsə oynaya bilərəm. Amma başqa tamaşalarda çətin ki, oynaya bilim. Çünki hiss edirəm ki, səhhətim getdikcə pisləşir. Amma Allahdan ümidimi üzmürəm”.

A.Yolçuyev qəbul etdiyi dərmanların baha olduğunu da bildirib:

“Müalicəm ömürlükdür. Nə qədər ki, yaşayacam, bu dərmanı qəbul etməliyəm. Qiyməti də çox bahadır. İki dərmana 78 manat pul vermişəm. Görüm nə vaxta qədər davam edəcək. Hər şey Allahın əlindədir”.

Allahverdi Yolçuyev bir neçə ildir ki, Parkinson xəstəliyindən əziyyət çəkir. Onun xəstəliyinin çarəsi Türkiyə və Rusiyadadır. Amma müalicə üçün aktyorun maddi imkanı yoxdur.

Cəvahir

www.yenicag.az

659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv