Səhhəti pisləşən Əməkdar artist xəstəxanaya yerləşdirildi: “Həkimlər əməliyyat üçün…”

Tanınmış aktyor və rejissor, Əməkdar artist Sərvər Əliyev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Bu barədə Yenicag.az-a açıqlama verən rejissor əməliyyat olunacağını bildirib:

“Neçə gün idi özümü yaxşı hiss etmirdim. Ürəyimdə artan ciddi problemlər nəticəsində xəstəxanaya yerləşdirildim. Hazırda ürəyimdə damarlar koronor angioqrafiya – “anju” edilib.

Həkimlər əməliyyat üçün qərar verib. Açıq əməliyyat olunmaq üçün həkimin təyin edəcəyi vaxtı gözləyirəm”.

Qeyd edək ki, iki il öncə rejissorun ürəyinə stend qoyulub. Onun ürək damarları yenidən tutulub.

Cəvahir