!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Səhhəti pisləşən xalq artistinin SON DURUMU: “Qəfildən…” - Xanımından AÇIQLAMA

!Reklam – Yazi

Səhhəti pisləşən xalq artisti Azər Zeynalov hələ də xəstəxanadadır.

Bunu Yenicag.az-a açıqlama verən sənətçinin həyat yoldaşı deyib:

“Azərin əvvəllər ürəyindən şikayəti olmayıb. Şəkərli diabet xəstəliyindən əziyyət çəkib. Qəfildən ürəyində ağrılar başladı və onu xəstəxanaya çatdırdıq. Təcili olaraq ürəyində bir damarı dəyişdirildi. Aprelin 2-də də Respublika Diaqnostik Mərkəzdə açıq ürək əməliyyatı keçirildi. Hazırda özünü yaxşı hiss edir. Amma həkimlər bildirib ki, ona həyəcanlanmaq olmaz. Ona görə də telefonuna mən cavab verirəm”.

Sənətçinin xəstəxanadan evə nə vaxt buraxılacağı da bəlli deyil:

“Hələ ki, bu barədə bizə heç nə deməyiblər. İnşallah tezliklə sağalsın, səhnəyə qayıtsın. O, səhnəsiz yaşaya bilmir”.

Qeyd edək ki, xalq artistinin səhhəti ilə bağlı xəbəri ölkə.az saytı yayıb.

Cəvahir

 

www.yenicag.az

1394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv