Xalq artisti, ustad xanəndə Arif Babayevin səhhətində problemlər yaranıb.
Yenicag.az-a açıqlama verən sənətkarın oğlu Yaşar Babayev atasının hazırda müalicə olunduğunu bildirib:
“Atamın səhhətində qəfildən problemlər yaşandı. Həkimlər, ora-bura – şükür, indi yaxşılığa doğru gedir. Ev şəraitində müalicə olunur, həkim nəzarətindədir”.
Y.Babayev həkimlərin ona qoyduğu sidikqovucudan qan gəldiyini, bu səbəbdən xanəndənin vəziyyətinin müvəqqəti olaraq pisləşdiyini bildirib:
“İndi şükür hər şey yaxşıdır”.
Onu da qeyd edək ki, Xalq artisti Arif Babayev muğam müsabiqəsinin münsif heyətində təmsil olunur. Səhhəti onun münsif kürsüsündə əyləşməsinə imkan verəcəkmi? – Oğlu bu sualı da cavablandırıb:
“İnşallah ki, o vaxta qədər səhhəti tam yaxşılaşsa, yəqin ki, müsabiqədə iştirak edəcək”.
Cəvahir