Səhhətinin pisləşdiyi deyilən Flora Kərimovanın SON DURUMU – AÇIQLAMA

“Xalq artisti, tanınmış müğənni Flora Kərimovanın səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbər yalandır”.

Bunu Yenicag.az-a açıqlamasında sənətkarın köməkçisi Yaqut xanım deyib.

O, Flora Kərimovanın zəhərlənməsi və buna görə yatağa düşərək müalicə olunması ilə bağlı bu gün yayılan xəbəri təkzib edib:

“Flora xanım yaxşıdır, səhhətində heç bir problem yoxdur. Xəbər yalandır. O, indi bağ evindədir, dincəlir”.

Qeyd edək ki, Flora Kərimovanın zəhərlənərək, səhhətinin pisləşdiyi barədə xəbərlər yayılıb.

Cəvahir