Şehiç meydandan qovuldu

Futbol üzrə Azərbaycan Premyer Liqasının açılış matçında son çempion “Qarabağ” “Sumqayıt”la qarşılaşır.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunda keçirilən oyunun ilk yarısında azlıqda qalıb. Belə ki, ilk yarım saatın tamamında qapıçı İbrahim Şehiç rəqib futbolçu Xəyal Nəcəfovla hava mübarizəsindən sonra ona qarşı aqressivlik nümayiş etdirib. Bunu görən “Sumqayıt”ın digər futbolçusu Amil Yunanov da Şehiçin üstünə hücum çəkib. Bu gərginliyi yatırmağa çalışan baş hakim İnqilab Məmmədov qonaq komandanın üzvlərini sarı vərəqə ilə cəzalandırdığı halda, Şehiçi birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, ilk yarıdan sonra “Qarabağ” “Sumqayıt”a 1:0 hesabıyla qalib gəlir.

COP29