!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid Adil İbrahimli adına su çeşməsinin açılışı oldu - Sumqayıtda / FOTO

!Reklam – Yazi

Bu gün “Vətən Müharibəsi Qəhrəmanı” XTQ-in Baş Leytenantı şəhid Adil İbrahimli adına doğulduğu Sumqayıt şəhərində su çeşməsinin açılış mərasimi olub.

Yenicag.az xəbər verir ki, çeşmə şəhidin dostları tərəfindən ərsəyə gətirilib.

Qeyd edək ki, Adil Asəm oğlu İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 7 noyabrda Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Vəfatından sonra Cənab Prezidentin sərəncamına əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Vətən uğrunda” medalı, “Şuşanın azad olunmasına görə” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

www.yenicag.az

1595
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv