!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid ailələri və qazilərə göstərilən DİQQƏT: "Dövlət öz üzərinə düşəni layiqincə edir"

!Reklam – Yazi

“Döyüşdə iştirak etmiş şəxslərə və onların ailələrinə göstərilən diqqət vətənə olan sevginin artırılmasında əhəmiyyətli rola malikdir”.

Bu sözləri şəhid ailələri və qazilərə qarşı davam edən sosial dəstək tədbirlərini dəyərləndirən sosial məsələlər üzrə ekspert İlqar Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, şəhid ailələri və qazilərə göstərilən sosial dəstək tədbirləri effektiv təsirə malikdir:

“Şəhid ailələri və qazilərə qarşı dövlət tərəfindən müəyyən dəstək tədbirlərinin həyata keçirilməsi hər kəsə məlumdur. Sözügedən şəxslərin sosial-müdafiə imkanlarının gücləndirilməsi istiqamətində bir sıra addımlar atılır. Bu cür yanaşma olduqca vacib və təqdirəlayiqdir. Söhbət yalnız 44 günlük müharibədə şəhid olanların ailələrinə dəstəkdən getmir. Dövlət tərəfindən göstərilən hazırkı diqqət və qayğı gənclərin vətənpərvərlik hissinin artırılması ilə yanaşı, müharibədən sonrakı dövrdə ölkənin öz vətəndaşlarına nə dərəcədə sahib çıxdığının bariz nümunəsidir. Döyüşdə iştirak etmiş şəxslərə və onların ailələrinə göstərilən diqqət vətənə olan sevginin artırılmasında əhəmiyyətli rola malikdir. Ölkəmizdə sosial qayğılarla bağlı kifayət qədər təqdirəlayiq addımlar atılıb. Hətta mənzil təminatını da dövlət öz üzərinə götürüb. Bu, çox yaxşı haldır. O cümlədən, bəzi qazi və müharibə veteranları avtomobillə təmin olunub. Yəni dövlət üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.

Ümumilikdə hesab edirəm ki, şəhid ailələri və qazilərin sosial rifahının daha da yaxşılaşdırılması üçün sosial paketin qəbul olunmasına ehtiyac var. Çünki Vətən uğrunda canını fəda edən şəxslərin dövlətdən narazılığına imkan yaratmaq olmaz”.

Qeyd edək ki, postmüharibə dövründə 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub. Eyni zamanda qazi və şəhid ailələrinin üzvlərindən ibarət 2 954 ailənin 5 min üzvünə sosial-psixoloji dəstək göstərilib. Postmüharibə dövründə sosial dəstək tədbirləri 100 min şəxsi əhatə edib, onlara 190 min xidmət göstərilib.

Gülşən Şərif

www.yenicag.az

1020
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv