Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəhid ailələrindən ETİRAZ AKSİYASI: General Kərəm Vəliyev yolu bağlayan etirazçılarla görüşür - VİDEO / YENİLƏNDİ

14:15

Bu gün bir qrup şəhid ailəsi Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzinin (TTM) qarşısına etiraz aksiyası keçiriblər.

Yenicag.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, 30-a yaxın şəhid ailəsinin üzvləri Vətən müharibəsində canından keçmiş doğmalarının qeyri-münasib ərazilərdə deyil, Fəxri Xiyabanda dəfn olunmalarını tələb edirlər.

Öncə Müdafiə Nazirliyinə yollanan şəhid ailələrinin üzvlərini orada heç kim qəbul etməyib. Bundan sonra Nazirlər Kabinetinə üz tutan etirazçılara TTM-yə getmələri tövsiyə olunub və bildirilib ki, orada onları qəbul edəcəklər.

Şəhid ailələri TTM-ə gəldikdə isə bildiriblər ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini, general-leytenant Kərəm Vəliyev yerində yoxdur.

Bundan sonra şəhid ailələri ərazidəki yolu bağlayıblar. Yolun bağlanmasından bir qədər sonra məlumat verilib ki, Kərəm Vəliyev onları qəbul edəcək. Üzləşdikləri sayğısızlıqdan hiddətlənən şəhid ailələri müdafiə naziri Zakir Həsənovla Baş Qərargahın rəisi Nəcməddin Sadıkovun ünvanına kəskin ifadələr səsləndiriblər.

Aldığımız son məlumata görə, narazı şəhid ailələrinin üzvləri hazırda general-leytenant Kərəm Vəliyevin qəbulundadırlar.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

4218