!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid ailələrinə və qazilərə bu xidmət ödənişsiz olacaq

!Reklam – Yazi

Vəkillər tərəfindən şəhid ailələrinə və yaralanmış qazilərə ödənişsiz hüquqi yardım göstəriləcək, o cümlədən məhkəmə proseslərində ödənişsiz təmsilçilik həyata keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin videokonfrans formatında keçirilən iclasında qərar qəbul edilib

Qərara əsasən, şəhid ailələri və yaralanmış qazilər ödənişsiz hüquqi yardımla bağlı Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinə müraciət edərək qeydiyyatdan keçməlidirlər. Onların vəkil qurumuna getməsinə ehtiyac olmayacaq, vəkillər özü həmin şəxslərin evlərinə gedərək yerində hüquqi yardımın göstərilməsi ilə əlaqədar lazımi işlər görəcəkdir. Belə ki, pulsuz hüquqi yardım və məhkəmədə təmsilçiliklə əlaqədar qeydiyyatdan keçmək istəyənlər Mərkəz ilə aşağıda göstərilən vasitələrlə əlaqə saxlaya bilərlər:

Əlaqə telefonu: +994 12 594 99 85, +994 50 205 20 14

Elektron poçt: [email protected]

İclasda Rəyasət Heyətinin sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat vermib, o cümlədən sərtləşdirilmiş karantin dövründə vəkillərin sərbəst hərəkətinə icazə verilməsi, karantin qaydalarına ciddi əməl olunması və s. məsələlərə toxunub

Həmçinin iclasda UNICEF Azərbaycan və Vəkillər Kollegiyası arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən hazırlanmış “Uşaq hüquqlarının müdafiəsinə dair bələdçi”yə dair məsələyə baxılıb

Sədrin müşaviri Fərhad Nəcəfov bildirib ki, uşaq hüquqları üzrə vəkil-ekspert Rafiq Alışov və UNICEF-in ekspertləri tərəfindən uşaqların hüquqlarının vəkillər tərəfindən müdafiəsi üzrə bələdçi hazırlanıb Bələdçidə uşaq hüquqları, onların vəkillər tərəfindən müdafiəsi ilə əlaqəli bir sıra məsələlərin öz əksini tapdığı vurğulanıb Sözügedən bələdçinin vəkillərə tövsiyə olunması ilə bağlı qərar qəbul edilib.

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv