!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid ailəsi get-gələ salınıb: Sənədləri hərbi hissədən Səfərbərlik Xidmətinə göndərmək belə çətindir? - VİDEO

!Reklam – Yazi

“N” saylı hərbi hissənin taqım komandiri, leytenant Rəhimov Rəşad İlqar oğlu oktyabrın 21-də könüllü olaraq cəbhəyə yollanıb, noyabrın 9-da isə şəhid olub, 2-ci Fəxri Xiyabanda dəfn edilib.

Yenicag.az-a daxil olan məlumata əsasən, leytenant Rəşad Rəhimovun ölüm kağızı ailəsinə verilsə də, xidmət etdiyi hərbi hissədən zəruri məlumatlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon idarəsinə göndərilmədiyi üçün onun ailəsi müvafiq arayışı ala bilmir.

Qeyd edək ki, şəhid Rəşad Rəhimov Yevlax qeydiyyatında olsa da, Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayır.

Şəhidin ailə üzvlər onun xidmət etdiyi hərbi hissədə də olublar. Hərbi hissədən onlara bildirilib ki, bu məsələ Müdafiə Nazirlyində həll edilməlidir. Müdafiə Nazirliyindən isə şəhidin ailə üzvlərinə deyilib ki, məsələ barəsində hərbi hissəyə təlimat verilib və problem öz həllini tapacaq.

Lakin Nazirlikdən hərbi hissəyə zəruri təlimat verilsə də, hərbi hissə şəhidə aid məlumatları hələ də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon idarəsinə göndərməyib.

Müdafiə Nazirliyi ilə hərbi hissənin “ötür-ötür oyunu”na görə isə şəhid ailəsi nəzərdə tutulmuş dövlət ödənişlərini (dəfn pulu, sığorta pulu və.s) ala bilmir.

Mövzunu diqqətdə saxlayacağıq.

Səxavət Məmməd

www.yenicag.az

3203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv