Şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği 600 manat oldu

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.