Vətən müharibəsi şəhidi Nurağa Tağıyevin anası Yeganə Tağıyeva eksternat qaydada imtahan verərək Xaçmaz şəhər 4 nömrəli tam orta məktəbdən tam orta təhsil haqqında attestat alaraq məzun olub.
Bu barədə Yenicag.az-a Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.
Attestat şəhid anasına Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev tərəfindən evində təqdim olunub.
Yeganə Tağıyeva qəbul imtahanlarına hazırlaşaraq orta ixtisas təhsili almaq fikrində olduğunu bildirib.
![](https://qafqazinfo.az/uploads/1721761700/IMG_20240723_140319__1_rdui7t6fugj.jpg)
![](https://qafqazinfo.az/uploads/1721761700/IMG_20240723_140721__1_cdr6fygjnk.jpg)
![](https://qafqazinfo.az/uploads/1721761700/IMG_20240723_140735vftyuiop.jpg)