Şəhid anası: “Son sözü bu oldu ki, anam bilməsin” – VİDEOMÜSAHİBƏ

Tanınmış jurnalist Sara Safuranın təqdimatında Yenicag.az-ın “Zəfər yolu” adlı layihəsinin növbəti buraxılışı şəhid Heydərov Əli Vaqif oğluna həsr olunub.

Anası Gülbəniz Heydərova şəhid övladı barədə danışıb, xatirələrini bölüşüb.

Qeyd edək ki, Heydərov Əli Vaqif oğlu 9 fevral 2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olub. 2008-ci ildə Binəqədi rayonu 135 nömrəli məktəbdə təhsil almağa başlayıb.

O, 7 may 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb, Beyləqan rayonu N saylı hərbi hissədə xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Əli 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. O, 3 oktyabrda Füzuli, Cəbrayıl istiqamətində, gedən döyüşlərdə şəhid olub.

Şəhidimiz “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Daha ətraflı videonu təqdim edirik:

Cəvahir
Cavid