!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid anasının VƏSİYYƏTİ: “Öləndə onu ürəyimin başına qoyarsız” - VİDEO

!Reklam – Yazi

Tanınmış jurnalist Sara Safuranın təqdimatında “Zəfər yolu” adlı layihənin növbəti buraxılışı Vətən müharibəsində şəhid olan Ağababa Abasov Səfər oğluna həsr olunub.

Yenicag.az xəbər verir ki, çəkiliş şəhidin doğulub boya-başa çatdığı Şabran rayon Uzunboyad kəndindəki evlərində baş tutub. Tanınmış müğənni Şahin Ismayolov də şəhid ailəsini ziyarət edib.

Atası Səfər, anası Firəngiz Abasova şəhid övladları ilə bağlı xatirələrini bölüşüb.

Qeyd edək ki, Ağababa Abasov 14 mart 2002-ci ildə Şabran rayonunun Uzunboyad kəndində doğulub.

Azərbaycan Ordusunun əsgəri olan Ağababa Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyat qrupunun manqa komandiri olaraq iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Ağababa Abasov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən yanında mərmi partlaması nəticəsində şəhid olub.

O, “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Sara Safura

Cəvahir

Cavid

www.yenicag.az

1119
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv