!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid Çingiz Qurbanovla vida mərasimi keçiriləcək

!Reklam – Yazi

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə vida mərasimi keçiriləcək.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, şəhidlə vida mərasimi fevralın 6-da səhər saat 09:30-da Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçiriləcək.

Qeyd edək ki, Ç. Qurbanovun nəşi fevralın 5-də geri qaytarılıb.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

Şəhid Ç.Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Yenicag.az

www.yenicag.az

607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv