!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid Elməddin Həsrətov dəfn edildi - FOTO / YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib.

Mərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib.

E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb. Şəhid dəfn edildikdən sonra tabutuna bükülmüş Azərbaycan bayrağı atasına verilib.

Dəfndən sonra havaya yaylım atəşi açılıb.

***

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elməddin Sərdar oğlu Həsrətovun nəşi artıq ailəsinin yaşadığı ünvana gətirilib, onunla vida mərasimi keçirilir.

Yenicag.az xəbər verir ki, vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edir.

Şəhid vida mərasimindən sonra Qarasuçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Həsrətov 1997-ci il may ayının 21-də Goranboyun Qarasuçu kəndində dünyaya gəlib.

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olub. O, ötən ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

E.Həsrətov Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş hərbçilərdən idi.

Allah rəhmət etsin!

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv