Şəhid əsgərimiz dəfn olundu

hehidesg18mabMayın 17-də qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri Tahirli Natiq Namiq oğlu doğulduğu Lerik rayonunun Almu kəndində dəfn olunub.

Dəfn mərasimində şəhidin yaxınları, qəsəbə sakinləri ilə yanaşı hərbçilər də iştirak edib. 18 yaşlı şəhidin dəfn mərasimində Lerik rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri eyni zamanda rayonun idarə, müəssisə rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və hərbçiləri iştirak edib.

Əsgərlər yaylım atəşi açıb və şəhid torpağa tapşırılıb və şəhidin tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub.