Şəhid əsgərimiz “Şücaətə görə” medalı ilə təltif olundu

Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Medal sabah Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində şəhidin ailəsinə təqdim olunacaq.

 

 

COP29