Şəhid gizirimizin atası danışdı: “Onun son arzusu yerinə yetdi” – VİDEO

“Qorxmaz gizir” ləqəbli 24 yaşlı şəhid Elfaq Nağıyev öz şücaəti ilə Vətən müharibəsində iştirak edən hərbçilərimizdən biridir.

Döyüş yoldaşlarının dediyinə görə, ön sıralarda hər zaman özü vuruşub və təhlükə olduğu zaman hərbiçi yoldaşlarını qoruyub. Buna görə də, yoldaşları onu “Qorxmaz gizir” adlandırıb.

Şəhidin atası Azad Nağıyev oğlunun hərbiçi olmaq istəyi haqqında danışıb:

“Onun vətənpərvərliyi, bayraq və Vətən sevgisi içindən gələn arzusu idi. Şəhidlərimiz olmasa, bu torpaq alınmazdı”, – deyən ata oğlunun son arzusundan danışıb:

“Kaş mən şəhid olum, atam desin, Vətən sağ olsun”. Bu onun son arzusu idi. Balamın son arzusunu yerinə yetirdim”.

Elfaq Nağıyev bir çox şəhərlərin, kəndlərin, strateji yüksəkliklərin azad edilməsində fəal iştirak edib. “Qorxmaz gizir” ləqəbli hərbiçimiz Xocavəndin Tül kəndi yaxınlığındakı Qırmızı bazar adlanan ərazidə qəhrəmanlıqla şəhid olub.