Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Şəhid hərbçimiz dəfn olundu - FOTO

Azərbaycanın Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusunun nəşi Qax rayonuna gətirilib.

Yenciag.az xəbər verir ki, şəhidin nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq onun doğulub boya başa çatdığı Lələpaşa kəndindəki evinə gətirilib.

Ordumuzun şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb. Şəhid saat 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində Qax Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib, havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, şəhid mayor Aqil Omarov ailəli olub və iki oğlan övladı var./Report/

Xatırladaq ki, ötən gün ermənilər cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

www.yenicag.az

1690
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM