Şəhid Nazim İsmayılov Ağstafada dəfn olunub

İyulun 16-da səhər saat 05:45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədində davam edən əməliyyatlar zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

Yenicag.az-ın məlumatına görə, şəhid hərbi qulluqçumuz İsmayılov Nazim Əfqan oğlu Ağstafanın Kolxəlfəli kəndində son mənzilə yola salınıb.

Dəfn mərasimindən Müdafiə Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi və sakinlər iştirak edib.

COP29