!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid olan əsgərimizin dəfnini – Anası telefonda izlədi

!Reklam – Yazi

3-13Türkiyə mətbuatı şəhid olan, lakin valideynləri dəfn mərasiminə qatılmayan əsgərimiz İmran Xudaverdi oğlu Mirzəyev haqqında yazıb.

Valideynləri uşaq olarkən ayrılan İmranın anası Sevinc (40 yaş) Yevlax şəhərində yaşayıb. 2006-cı ildə türklə ailə həyata quraraq Türkiyəyə köçüb. Daha sonra İmran Mirzəyev də 2 bacısı ilə birgə anasının yanına gedib. Bursanın Mustafakemalpaşa vilayətində yaşayan 1997-ci il təvəllüdlü həmyerlimiz 2014-cü ildə könüllü olaraq əsgərliyini çəkmək üçün Azərbaycana qayıdıb.

İzninə 55 gün qalmış Mirzəyev anasına zəng edərək pul istəyir. Oğluna pul göndərmək üçün bankdan 120 TL çəkən anası, daha sonra telefonla oğlu ilə söhbət edir.

Bu, İmranın anası ilə son söhbəti olur. Elə həmin gün Ermənistan silahlı qüvvələrinin açdığı atəşlə qətlə yetirilir. Acı xəbəri aldıqdan sonra anası evinin önünə türk bayrağı asır. Azərbaycana gələ bilmədiyi üçün oğlunun dəfn mərasimini mobil telefonla çəkilib ona göndərilən video vasitəsilə izləyir.

Şəhid olan əsgərimizin dəfnini -  Anası telefonda izlədi

 

www.yenicag.az

561
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv