Şəhid olan hərbi qulluqçularımızın adları açıqlandı

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Bu barədə Yenicag.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

“Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!”, – Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.