Türkiyə və Azərbaycanda böyük izləyici kütləsinə malik olan “Söz” serialının sonuncu bölümü könülləri fəth edib.
Yenicag.az xəbər verir ki, hər bölümündə vətən, millət, torpaq kimi milli motivlərlə ekran qarşısındakı izləyicilərə qürur dolu anlar yaşadan serial bu dəfə də hamını duyğulandırıb. Xüsusilə türk bayrağının endirilməməsi üçün özünü fəda edən əsgərin güllələnməsi səhnəsi böyük maraq oyadıb.
…Türkiyə əsgərləri və terrorçular arasında silahlı qarşıdurma yaranır. Terrorçulardan birinin türk bayrağını endirməyə çalışdığını görən “Hafız” obrazı meydana atılır və gülləbarana fikir vermədən irəli addımlayır. Qan içində olan Hafız şəhadət şərbətini dadaraq, şəhidlik zirvəsinə ucalır. Onun söylədikləri isə hamını vətən və millət uğrunda daha dərindən düşünməyə vadar edir:
“Birinci güllə dəydi. Bu, hələ başlanğıcdır. Bir azdan bədənim deşik-deşik olacaq. Məni morqa aparanda vücudumdan 30 güllə çıxaracaqlar. Əsgərlik könül işidir, könüldən edilməlidir. Əsgərlik ölmək işi də deyil. Həyat yoldaşımı, komandirlərimi, əsgər yoldaşlarımı itirdim. Allahım, mənə də şəhadəti nəsib etdin. İndi məndən soruşsanız ki, yaşamaq istəyərdinmi? Əlbəttə, çəkinmədən yaşamaq istəyər, bunların heç birisinin olmamasını diləyərdim. Birlikdə sülh və əmin-amanlıq içində yaşamaq istərdim”…
Səhnənin sonunda Hafız terrorçunu məhv edərək, türk bayrağının endirilməsinə imkan vermir və yenidən bayrağı səmaya qaldırır.
Həmin səhnəni təqdim edirik: