!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid olduğu deyilən qəhrəman: "Ana-atamın lal-kar olmağına ən çox onda sevindim" - VİDEO

!Reklam – Yazi

Vətən müharibəsinin qəhrəman iştirakçılarından biri də Rəşad Mirzəyevdir.

Yenicag.az xəbər verir ki, əvvəl erməni təxribatı nəticəsində Rəşadın şəhid olması haqqında ailəsinə SMS göndərilib. Ancaq əmisi bu yanlış məlumatın Rəşadın valideynlərinə çatmasına mane olub.

“Mən anamın, atamın lal-kar olmağına ən çox onda sevindim. Mənim nə ölüm xəbərimi, nə də yaralanmağımı bildilər”, – deyir Rəşad. Elə həmin ərəfədə qardaşı Rəşidi əsgər aparırlar. Amma bundan Rəşadın xəbəri olmur…

Olduğu yerə 120 millimetrlik minaatan mərmisi düşür. Qəlpəsi ayağına dəyir, yıxılanda isə sinirləri zədələnir. Həmin ankı hisslərini ifadə edəndə üzü gülür, deyir, bir yandan sevinib, çünki yanında şəhid olan əsgər yoldaşları olub və onların üzündə nur görüb: “Bu dünyadan heç ağlayaraq köçən əsgər görmədim mən”.

Nişanlıdır Rəşad. Deyir o qızın boyu balacadır: “Amma mən gələndən sonra yanımda elə qürurla gəzir ki, elə bilirəm boyu məndən ucadır”.

Xəzər TV-nin Rəşadgilin ailəsindən hazırladığı reportajı təqdim edirik:

www.yenicag.az

1563
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv