!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid övladları pulsuz oxuyacaq

!Reklam – Yazi

bayraq_sehid1476435954Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının (AMEA) müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailəsi üzvlərinin təhsil haqqından azad edilməsi mümkün olacaq.

Milli Məclisin bu gün keçirilən iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlar arasında olan şəxslərdən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müəyyən etdiyi elmi təşkilatın magistratura pilləsində oxuyanların da təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

Təklif olunan dəyişikliklər “Təhsil haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Bundan başqa, “Təhsil haqqında” qanuna yeni məzmunda maddə əlavə edilib. Əlavəyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat – magistr təhsil proqramı əsasında təhsil prosesini həyata keçirən və məzunlara magistratura səviyyəsində təhsil haqqında dövlət sənədi verən qurumdur.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

www.yenicag.az

614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv