Şəhid pilotlarımız dəfn edildi

8aaa3d2a-d90b-4c8a-9664-3e86bed21c98Azərbaycanın şəhid pilotları dəfn edilib.

AzVision.az xəbər verir ki, şəhid pilotlar – mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev II Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə naziri Zakir Həsənov, sərhəd qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev, hərbi prokuror Xanlar Vəliyev, silahlı qüvvələrin baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, hərbi hava qüvvələrinin komandanı, general-leytinant Ramiz Tahirov iştirak edib.

Yaylım atəşi açıldıqdan sonra Azərbaycanın dövlət himni səsləndirilib. Şəhidlərin tabutu bükülmüş bayraq yaxınlarına verilib.

Dəfn zamanı “Şəhidlər ölməz, vətən bölünməz” şüarı səsləndirilib.