Reklam: High Technic
hightechnic

Şəhid polkovnik- leytenantımız izdihamla yola salınır – Fotolar

leyt1 (1)Aprelin 4-də qoşunların təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan ordusunun polkovnik-leytenantı, Raqif Orucov doğulduğu Sumqayıt şəhərində vida mərasimi keçirilir.

Mərasimdə zabit və əsgərlər, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, o cümlədən yerli ictimaiyyətin nümayəndələri və şəhər sakinləri iştirak edibler.

Şəhidin qardaşı Zabil Orucov çıxış ederek vida mərasiminə gələn hər kəsə təşəkkürünü bildirib:

“Burada əsgərləri də görürəm. İnanın, qardaşım məndən çox onların qardaşıdır. Onlarla daha çox vaxt keçirirdi. Bu qədər insan bizi tək qoymadı. Qardaşımı ağlaya-ağlaya yox, alqışlarla yola salırıq. Anamız da şəhid olmuşdu. Şəhid ananın şəhid oğlu oldu”.(Qafqazinfo)

Allah rəhmət eləsin!

www.yenicag.az

208